Kiyevin Rusiya ilə danışıqlar üçün ilkin şərtlər irəli sürməyi səhv idi.
AzerTimes xəbər verir ki, bunun Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Rusiya həmişə danışıqlara əl uzadıb. Ukraynalıların, Vladimir Zelenskinin səhvi ondadır ki, danışıqlar prosesinin klassik prinsiplərini pozurlar. Xüsusilə nəhəng Rusiya ilə danışanda. Əvvəlcədən şərt qoymaq olmaz. Danışıqlar masasına oturun və orada bütün şərtləri irəli sürün. Damarlarımızda eyni qan axır. Mən görürəm ki, Rusiya bunu başa düşür. Amma Ukrayna bunu başa düşəcəkmi? Tezliklə görəcəyik. Çıxış yolu budur. Biz bu istiqamətdə hərəkət etməliyik”, – Lukaşenko bildirib.