Kiyevdə elektrik enerjisi, içməli su, istilik və rabitə əlaqəsinin verilişi tam bərpa olunub.
AzerTimes xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasından məlumat verilib.
Məlumata görə, hazırda Kiyevdə suyun, istiliyin və rabitə əlaqəsinin təminatı adi rejimində aparılır.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya ordusunun Kiyevi raket atəşinə tutması nəticəsində paytaxın infrastrukturuna ciddi ziyan dəymişdi.