Kiyevin bu dəvəti İranı özündən çıxartdı

Kiyevin bu dəvəti İranı özündən çıxartdı

İran Kürdüstanı Demokrat Partiyasının sözçüsü Xalid Əzizi Ukraynaya səfər edib və bu ölkənin diplomatları ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə məlumat verən İran mediası onu “separatçıların təmsilçisi və terrorçu” kimi təqdim edib.

İran mediasının yazdığına görə, səfər Ukrayna dövlətinin dəvəti əsasında baş tutub.

Qeyd edək ki, Əzizinin bu hərəkəti İran hökumətinin Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım göstərməsinə cavab kimi dəyərləndirilib.

Teqlər: