Kiyevin AB üzvlüyünə icazə verməyəcəm – Orban

Kiyevin AB üzvlüyünə icazə verməyəcəm – Orban

Budapeşt Avropa Birliyinə Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamağa icazə verməyəcək – hətta Macarıstan bu mövqeyə malik yeganə ölkə olsa belə.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Avropa Birliyi dayandırılmalı olan dəhşətli bir səhv etmək üzrədir. Hətta bütün üzvlər bunu etmək istəsə, biz yenə əleyhinə çıxacağıq. Ukraynanın real vəziyyəti bizə onunla üzvlük danışıqlarına başlamağa imkan vermir”, – Orban bildirib.

Teqlər: