Kiyevi ruslardan qoruyan “möcüzə”….

Kiyevi ruslardan qoruyan “möcüzə”….

Ukraynaya genişmiqyaslı müharibənin başlanğıcında rusların Kiyevi ələ keçirə bilməməsinin səbəbi paytaxtın su maneələri ilə əhatələnməsi idi.

AzerTimes xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Jitomir şossesi istiqamətindən rusların irəliləməsinə İrpen çayı mane olub:

“Bu çay tarixdə artıq neçənci dəfədir ki, Kiyevi düşmən basqınlarından xilas edir”.

Jdanov, həmçinin, paytaxtın Pobedi prospektində, “Beresteyskaya” metrostansiyası yaxınlığındakı döyüşdən də danışıb:

“Bundan sonra Stoyanka qəsəbəsindəki körpü partladıldı və Jitomir şossesi ilə nəqliyyatın hərəkəti dayandırıldı. Daha sonra İrpen çayı üzərindəki sağ və sol istiqamətində olan körpülərin hamısı partladıldı. Üstəlik, Kiyev su anbarında suyun səviyyəsinin qalxması səbəbindən İrpen çayı üzərindəki bənd dağıldı və Demidov kəndi su altında qaldı. Bu çay demək olar ki, bir tərəfdə bizim, digər tərəfdə isə rus qoşunlarının atəş xəttinə çevrildi. Sonra bizimkilər İrpindən keçərək rusları Buçadan, İrpindən, Vorzeldən vurmağa başladılar. Orada çox şiddətli döyüşlər getdi. Ruslar buna görə Kiyevə girə bilmədilər”.

O, rus qoşunlarının böyük itkilər verdiyini və maddi-texniki təchizatla bağlı ciddi problemlər yaşadığını da xatırladıb:

“Ukraynalı müdafiəçilər onların minlərlə texnikasını darmadağın etdi. Bundan sonra ruslar şimal vilayətlərindən geri çəkildilər. Və başa düşdülər ki, yalnız bir istiqamətə cəmləşmək lazımdır”.

Teqlər: