Qərb silahlarının Polşa, Rumıniya və Slovakiya sərhədlərindən Ukraynaya gələn “damarları” kəsmək Kreml üçün çox vacibdir. Döyüş əməliyyatlarının gedişi və xüsusi əməliyyatın vaxtı bundan asılı olacaq.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi müşahidəçi, ehtiyatda olan polkovnik Viktor Baranets deyib.
“Rusiya Aerokosmik Qüvvələrinin Ukraynanın energetika sektoruna endirdiyi zərbələri ən yaxşı qiymətləndirən Vladimir Zelenski özü bu yaxınlarda sistemlərinin 50%-nin artıq ixtisar edildiyini bildirib. Biz isə kütləvi zərbələri davam etdirəcəyik”, – rusiyalı polkovnik bildirib.