Kiyevə yardım məhdudlaşmamalıdır – Niderland

Kiyevə yardım məhdudlaşmamalıdır – Niderland

Ukraynaya hərbi dəstək vacibdir, çünki bu, Niderlandın təhlükəsizliyini möhkəmləndirməyə imkan verir.

AzerTimes xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib.

“Burada bəndlərimizin arxasında təhlükəsiz olduğumuzu söyləmək olmaz; biz AB və NATO-nun bir hissəsiyik və bu bizə də təsir edə bilər. Söhbət xəndəklər və dronlarla tammiqyaslı müharibədən gedir və ölkə bu məsələyə ağlabatan yanaşmasa, Niderlandı da təhlükə gözləyir. Ukraynaya hərbi yardım, o cümlədən silah tədarükü heç bir şeylə məhdudlaşmamalıdır”, – nazir bildirib.

Teqlər: