ABŞ-ın Ukrayna ordusuna verdiyi və Ottava Konvensiyası ilə bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalar mülki əhali üçün böyük təhlükə yaradır.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
“Piyada əleyhinə minalar mülki əhali üçün böyük və real təhlükə yaradır. Hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da o dəhşətli silah bir neçə nəsli qorxu içində saxlayaraq, orada qala bilər”, – Quterreş bildirib.
BMT baş katibi beynəlxalq hüquq normalarına riayət etməyə və həddindən artıq nəzarətsiz olduğuna görə bu silah növündən imtina etməyə çağırıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə razılıq verib.