Rusiya ordusu Kiyevə raket zərbələri endirə bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, təhlükəli dövr iyunun 25-26-dək davam edəcək:
“Bu, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ruslar tərəfindən ələ keçirilən “Çernomornefteqaz”ın qazma qurğularına zərbə endirdiyi uğurlu əməliyyatı ilə bağlıdır”.