NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq MSNBC telekanalına müsahibəsində deyib.
“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində hərbi uniformada məsləhətçiləri var”, – o deyib.