Kiyevə nüvə silahı? – Kremldən isterik reaksiya

Kiyevə nüvə silahı? – Kremldən isterik reaksiya

Ukraynada nüvə silahının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr məsuliyyətsizlikdir, bunu reallığı zəif dərk edənlər deyə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

“Bilirsiniz, hətta gərginliyi artırmağa yönəlmiş ən, hətta ən təxribatçı xəttin belə ifrat ekstremist cinahı var. Bu, yəqin ki, bu ifrat ekstremist cinah üçün keçərli olan fikirdir. Bu, reallığı zəif dərk edən və belə bəyanatlar verərkən zərrə qədər də məsuliyyət hiss etməyən insanların tamamilə məsuliyyətsiz mülahizəsidir. Amma görürük ki, bütün bu ifadələr anonimdir”, – o bildirib.

Qeyd edək ki, “Nyu York Tayms” bəzi Amerika və Avropa rəsmilərinin Ukraynaya nüvə silahını qaytarmağı təklif etdiklərini yazıb.

Teqlər: