Ukrayna G7 ölkələrindən İran və Suriyadakı pilotsuz təyyarə zavodlarına zərbələr endirmək üçün silahla təmin olunmasını istəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat dərc edib.
Qəzet Ukrayna hakimiyyətinin avqustda G7 ölkələrinin nümayəndələrinə təhvil verdiyi sənədə istinad edib:
“Orada deyilir ki, Ukrayna bu PUA-larla İran, Suriyadakı istehsalat zavodlarına, habelə Rusiyadakı potensial istehsal sahəsinə raket zərbələri endirməyi təklif edir”.
“Tərəfdaşlar lazımi məhvetmə vasitələrini təmin edərsə, yuxarıda göstərilənləri Ukrayna müdafiə qüvvələri həyata keçirə bilər”, – sənəddə bildirilib.
Bu arada Kiyev hakimiyyəti iddia edib ki, İranın “Şahid 131” və “Şahid 136” pilotsuz təyyarələrində Almaniya, Kanada, Hollandiya, Polşa, ABŞ və İsveçrə də daxil olmaqla, Qərb şirkətləri tərəfindən istehsal edilmiş 100-dən çox elektron komponent aşkar edilib.