Kiyevdən qayıdan Modi Baydenə zəng etdi

Kiyevdən qayıdan Modi Baydenə zəng etdi

Hindistanın Baş naziri Narendra Modinin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub.

AzerTimes xəbər verir ki, liderlər regional və qlobal problemlər, o cümlədən Ukraynadakı vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıb.

“Mən Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqlədim. Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və tez bir zamanda normal vəziyyətin bərpa edilməsinin və azlıqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladıq”, – deyə Modi telefon danışığı haqda X səhifəsində yazıb.

Qeyd edək ki, Modi 23 avqustda Kiyevə səfər etmişdi.

Teqlər: