Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına – Reaksiya

Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına – Reaksiya

Ukraynanın 4 vilayətində – Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə yazıb.

O bildirib ki, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb:

“Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

Teqlər: