Kiyevdən Makrona sərt cavab: Bu, sizi alçaldır!

Kiyevdən Makrona sərt cavab: Bu, sizi alçaldır!

Rusiyanı alçaltmaqdan çəkinməyə çağırışlar yalnız Fransanı və bu çağırışı edən bütün digər ölkələri alçalda bilər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı açıqlaması haqda danışarkən deyib.

“Rusiya özü özünü alçaldır. Yaxşı olar ki, biz Rusiyanı necə yerinə oturdacağımız haqda düşünək. Bu, sülh gətirəcək və həyat xilas edəcək”, – Kuleba bildirib.

Qeyd edək ki, Makron ötən gün Rusiya ilə gec-tez danışıqlar masasına oturulacağını bildirərək, bu ölkəni alçaltmaqdan çəkinməyin vacib olduğunu bildirmişdi.

Teqlər: