Ukraynanın paytaxtı Kiyevdə səhər saatlarında yenidən hava
həyəcanı elan edilib.
Trend bu barədə “Ukrinform” agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Kiyev vilayət administrasiyası sakinləri
sığınacaqlarda gizlənməyə çağırıb.
“Kiyevdə hava həyəcanı təqdim edilib. Bütün sakinlərdən təcili
şəkildə mülki müdafiə sığınacaqlarına getmək xahiş olunur”, – deyə
məlumatda bildirilir.