Ötən Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.
Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.