Ötən gün axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib. Hərbçilər Rusiyanın hücum təhlükəsi barədə xəbərdarlıq ediblər.
AzerTimes xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı Teleqram kanalında Kiyev vilayəti istiqamətində yüksək sürətli hədəf barədə məlumat verib.
Kiyev sakinləri təcili sığınacaqlara çağırılıb.
Kiyevin meri Vitali Kliçko da bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemi işləyir.