Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş dinc sakinlərdən artıq 1346-nın meyiti tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, mülki şəxslərin əksəriyyəti odlu silahdan qətlə yetirilib. Bildirilib ki, açıqlanan rəqəm son deyil, bundan sonra da meyitlərin tapılacağı güman edilir.