Kiyev, Xarkov, Zaporojyt və Luqansk vilayətlərində humanitar dəhlizlər təşkil etməyə çalışırıq – Zelenski

Ukrayna Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində
insanların təxliyəsi üçün humanitar dəhlizlər təşkil etməyə
çalışır.

Trend “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna
prezidenti Vladimir Zelenski videomüraciəti zamanı söyləyib.

“Nümayəndələrimiz Kiyev, Xarkov, Zaporojye və Luqansk
vilayətlərində humanitar dəhlizlərlə bağlı razılaşma əldə etməyə
çalışırlar. Son iki həftə ərzində Ukraynaya 100 min tondan çox
humanitar yardım gəlib. Bu yüklər bölgələr üçün xüsusi qovşaqlar
vasitəsilə paylanır”, – V.Zelenski qeyd edib.

O, xatırladıb ki, Ukraynaya humanitar yüklərlə bağlı kömək etmək
istəyən və bu imkanı olan hər kəs üçün onlayn həll – help.gov.ua
internet saytı yaradılmışdır. Sayt vasitəsiylə humanitar yükləri
hansı yolla almaq, göndərmək və onu kimə ünvanlamaq lazım olduğunu
öyrənmək olar.

Teqlər: