Kiyev vilayətində xilasedicilər son sutka ərzində mindən çox
partlayıcı zərərsizləşdirib.
Trend yerli
KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət
Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk teleqram səhifəsində
bildirib.
Onun sözlərinə görə, aprelin 9-da xilasedicilər rayon ərazisində
58,87 hektar əraziyə, 52 infrastruktur obyektinə, 33 elektrik
xəttinə və 2 kilometr qaz xəttinə baxış keçirib.
Minatəmizləmə işləri nəticəsində 1141 partlayıcı maddə
zərərsizləşdirilib.
Ümumilikdə, bütün iş müddətində mütəxəssislər 10 566 partlayıcı
obyekti zərərsizləşdiriblər.
Kiyev vilayətində minalardan təmizləmə işləri davam edir.