Kiyevin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılması ilə heç bir əlaqəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, bunun üçün böyük maliyyə xərcləmək lazımdır:
“Belə bir partlayış yalnız böyük texniki və maliyyə resursları olduqda həyata keçirilə bilərdi. Ukraynanın belə resursları yox idi”.