Ukrayna Silahlı Qüvvələri gecə davam edən döyüşlər nəticəsində
Kiyev Su Elektrik Stansiyasına (SES) nəzarəti bərpa edib.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna Energetika Nazirliyi
bildirib.
Qeyd olunur ki, stansiya adi rejimdə işini davam etdirir,
texniki işçilər sığınacaqları tərk edərək iş yerlərinə qayıdıb.
Eyni zamanda Ukraynanın cənubundakı Xerson şəhər rəhbərliyi
şəhərdə Ukrayna bayrağının dalğalandığını bildirib.