Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Trend xəbər verir ki, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə – Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.

Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.

Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.

Teqlər: