NATO Ukraynaya Rusiyanın başlatdığı müharibəni danışıqlar yolu ilə, lakin güc mövqeyindən dayandırmağa kömək etməlidir.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, müharibəni bitirmək üçün Rusiya ilə danışıqlara nə vaxt başlamağa yalnız Kiyev qərar verə bilər:
“Rusiya ilə danışıqlara başlamaq və bu müharibəni necə bitirmək barədə yalnız Ukrayna hökuməti qərar verə bilər. Amma onlar bunu güclü mövqedən görməlidirlər. Buna görə də Ukraynaya müdafiə yardımı çatdırmağa davam etməliyik ki, onlar bu qərarı qəbul edəndə güclü mövqedə olsunlar”.