Kiyev Rusiya ilə danışıqlara hazırdır

Kiyev Rusiya ilə danışıqlara hazırdır

Nə Fransa Prezidenti Emmanueal Makron, nə də digər liderlər Kiyevi öz maraqlarına zidd olaraq danışıqlara məcbur edirlər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransanın “Parisien” qəzetinin Rusiya ilə danışıqların Kiyev və Paris arasında telefon danışıqlarının mövzusu olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Ukrayna danışıqların əleyhinə deyil. Prezident Vladimir Zelenski G20 sammitində “dünya sülhü”ndən danışıb və buna nail olmaq iradəsini ifadə edib”, – Kuleba söyləyib.

O bildirib ki, görüşün baş tutması üçün Rusiya danışıqları pozmaqdan və ultimatumdan əl çəkməlidir.

Kulebanın fikrincə ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün tam bərpasından başlayır.

Teqlər: