Kiyev niyə “tükənmişik, resurs yoxdur” deyir? – Korotçenko

Kiyev niyə “tükənmişik, resurs yoxdur” deyir? – Korotçenko

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Ukraynada hərbi əməliyyatlar dalana dirənib, nə Ukrayna, nə də Rusiya ciddi uğur qazana bilir. O əlavə edib ki, Ukrayna qüvvələrinin bir çox vilayətdə irəliləməsi üçün əvvəlki kimi resursu yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə yazan rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko bu sözlərə inanmamağa çağırıb.

“Bu, 2023-cü ilin il yanvarın ilk ongünlüyündə Ukraynanın mümkün irimiqyaslı zərbəsi ərəfəsində strateji dezinformasiyanın elementi ola bilər. Paralel olaraq digər ərazilərdə də (texniki kanallar vasitəsilə müxtəlif “sızmalar” daxil olmaqla) “Ukrayna Silahlı Qüvvələrinin hücumu üçün plan və resursların olmaması haqqında” dezinformasiya tədbirləri həyata keçirilir”, – o bildirib.

İ.Korotçenko hesab edir ki, Rusiya müxtəlif ssenarilərin inkişafına tam hazır olmalıdır.

Teqlər: