Kiyev narahatdır: Consonu əvəz etmək çətindir

Kiyev narahatdır: Consonu əvəz etmək çətindir

Əminəm ki, Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasəti dəyişməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Əlbəttə, Boris Conson müharibə zamanı özünü cəsarətli və risk etməkdən çəkinməyən bir insan kimi göstərdi. Ən azı apreldə Kiyevə səfərini xatırlayaq. O, elə bir insandır ki, onu əvəz etmək çox çətindir, onun kimi insan heç vaxt olmayacaq. Amma əminəm ki, baş nazirin kim olmasından asılı olmayaraq, Britaniyanın Ukraynaya dəstəyi dəyişməz qalacaq. Biz onlarla əməkdaşlıq edəcəyik və onlar bizə kömək edəcəklər”, – Kuleba qeyd edib.

Teqlər: