Ukraynanın paytaxtı Kiyevdə Şevçenkovski məhkəməsinin binasında partlayış olub.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
“Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”, – nazir bildirib.
Qeyd edək ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib.