ABŞ-a Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı öncədən məlumat verilməyib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Bizim bundan xəbərimiz yox idi. Lakin Ukraynanın hücumu həyata keçirməzdən əvvəl konkret taktikalarını bizə deməməsi qeyri-adi bir şey deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Biz onlara məsləhətlər veririk”, – M.Miller vurğulayıb.
Qeyd edək ki, Ukrayna ordusu ötən gündən Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir.