Kiyev Kremlə, ABŞ isə Çinə uduzur… – Vulf

Kiyev Kremlə, ABŞ isə Çinə uduzur… – Vulf

ABŞ-ın hegemonluğu saxlamaq istəyi üzündən planetdə sonsuz münaqişələr davam edəcək.

AzerTimes xəbər verir ki, bunu amerikalı iqtisadiyyat professoru Riçard Volf deyib.

“1991-ci ildən 2021-ci ilə qədər ABŞ-ın qlobal istehsaldakı payı 21 faizdən 15,7 faizə düşüb, Çinin payı isə 4,3 faizdən 18,6 faizə yüksəlib”, – R.Volf bildirib.

Onun fikrincə, bu məlumatlar planetdə qüvvələr balansını dəyişir, eyni zamanda Vaşinqtonun sonsuz müharibələr yaratmaq və geosiyasi rəqiblərə qarşı sanksiyalar tətbiq etmək istəyini artırır.

Bundan əlavə o qeyd edib ki, Kiyev nisbi və mütləq mənada məğlub olub. Hərbi əməliyyatlardan əvvəl ölkənin ÜDM-si 200 milyard dollara yaxın idisə, bir ildən sonra 60 milyarda enib.

Teqlər: