Ukraynada gedən ağır döyüşlər zamanı həlak olan teleaparıcı Kərim Qulamovla Kiyevdə vida mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı məlumat verib.
Onun sözlərinə görə, Kiyevin Mixaylovski kilsəsində keçirilən vida mərasimində Kərim Qulamovun döyüş yoldaşları, yaxınları və Azərbaycan diasporunun Kiyevdəki nümayəndələri iştirak edir.
Qeyd edək ki, Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.
35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.