Kiyev ABŞ-la HİMARS sistemlərindən daha uzaq mənzilə malik raketlərin tədarükü məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib.
“Həmişə demişik ki, bizə uzaq mənzilli silahlar lazımdır. İndi müzakirələr davam edir. Ümid edirik ki, ABŞ bizi silahla təmin edəcək”, – səfir bildirib.