Ukrayna Rusiya ərazisindəki mülki hədəflərə F-16 qırıcılarından zərbələr endirməməlidir.
AzerTimes xəbər verir ki, bunu Niderland müdafiə naziri Ruben Brekelmans deyib.
“Ukrayna açıq şəkildə bunu edə bilməz. Biz belə şərt qoymuşuq. Kiyev ona verilən F-16 qırıcılarının köməyi ilə yalnız Rusiya ərazisindəki hərbi hədəflərə hücum edə bilər”, – nazir bildirib.