2 mart 2022-ci il tarixində saat 12:00-da Kiyevin dəmiryol
vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək.
Trend Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə
istinadən xəbər verir ki, qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi
təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün
planlaşdırılmışdır. Qatara minik biletsizdir, canlı növbə əsasında
həyata keçiriləcək.
Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1.
Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından
1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya
götürmək tövsiyə olunur.
Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova
sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova
ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan
Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:
+373 781 81 361
+373 789 91 849
+373 222 32 277