Kiyev də Tiktoku əngəlləyə bilər

Kiyev də Tiktoku əngəlləyə bilər

Ukrayna hakimiyyəti Tiktokun əngəllənməsini nəzərdən keçirə bilər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin deyib.

“Eyni qadağa ABŞ-da tətbiq olunarsa, Ukrayna hakimiyyəti Tiktokun əngəllənməsini nəzərdən keçirəcək”, – o bildirib.

Yurçişinin sözlərinə görə, Ukrayna ABŞ-ın tətbiq etdiyi sanksiyalara bənzər sanksiyalar tətbiq edə bilər.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Tiktokun sahibi “ByteDance” şirkətinin şəbəkəni altı ay ərzində satmayacağı təqdirdə, onu əngəlləyəcək qanun layihəsini dəstəkləyib. İndi layihəyə Senat baxmalıdır.

Teqlər: