Kiyev bu yolla Zaporojyeni azad edə bilər

Kiyev bu yolla Zaporojyeni azad edə bilər

Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-i hərbi yolla azad edə bilər.

AzerTimes xəbər verir ki, bunu britaniyalı ekspert Şon Bellin deyib.

Onun fikrincə, əsas nüvə reaktorları yaxşı qorunur və adi müharibə nəticəsində zədələnməsi ehtimalı azdır:

“Ukrayna AES-də yerləşən Rusiya qüvvələrinə qarşı mübarizə aparmaq üçün hücum edə bilər. Ancaq bu, stansiyanın özünə ziyan vurmaq riski daşıyır və Rusiyaya hər hansı bir hadisədə Ukraynanı günahlandırmaq imkanı verir. Rusiyanın təxribatı olsa, obyektlərə ziyan dəyəcək. Əvəzində Ukrayna AES-i mühasirəyə almağa, ətrafı təmizləməyə, sonra isə obyektlərdə qalan Rusiya qüvvələrinin təhlükəsiz keçidi üçün danışıqlar apara bilər”.

Teqlər: