Ukrayna Ordusunun Ali Baş Komandanı Valeri Zalujnı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun lideri məlumat verib.
Zalujnı söhbət zamanı Kavoliyə döyüş bölgəsindəki ağır taktiki vəziyyət barədə məlumat verib.
“Cəbhədəki vəziyyətdən danışdıq. Əməliyyat-strateji vəziyyət mürəkkəbdir, lakin nəzarət altında qalır”.