Kiyev Vaşinqtondan ATACMS raketlərinin tədarükünə qoyulan qadağanı aradan qaldırmağı tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ABŞ Konqresinə müraciət edib.
Kiyev hakimiyyəti ABŞ-dan onlara 300 km-ə qədər uçuş məsafəsi olan ATACMS raketlərini təhvil verməyi xahiş edib.
Bundan əlavə, Stefançuk F-15 və F-16 qırıcılarının Ukraynaya verilməsini də təklif edib.