Ukraynaya ayrılan 50 milyard avro dəyərində yardımın ilk tranşı mart ayında çatmalıdır.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.
“Dünən axşam əldə olunan siyasi razılaşma irəliyə doğru böyük addımdır. Avropa sözünün üstündədir. AB cəsarətli tərəfdaşımız və üzvlüyə namizədimiz üçün son dərəcə ehtiyac duyulan maliyyəni təmin etməyə davam edəcək. Ödəmələri mart ayından həyata keçirməyi planlaşdırırıq”, – Leyen bildirib.