Kiyev 44 gün sonra yenidən atəşə tutuldu: yaralılar var

Kiyev 44 gün sonra yenidən atəşə tutuldu: yaralılar var

Ukraynanın paytaxtı Kiyev martın 21-nə keçən gecə raket atəşinə tutulub, 10 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqramda məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri şəhərin üzərində ballistik raketlər də daxil olmaqla 30-a yaxın raketi vurub. Paytaxtda hava hücumu xəbərdarlığı təxminən üç saat davam edib.

Məlumata görə, Kiyevə sonuncu raket hücumu 44 gün əvvəl olub.

Şəhərin meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində 10 nəfər yaralanıb.

Teqlər: