Ermənistan hakimiyyəti cəmiyyətə antirusiya əhval-ruhiyyəsi aşılayıb. Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq, çünki bu addımlar nəticəsində Ermənistanın rəqibləri sırasına Rusiya da əlavə oluna bilər.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
“Rusiya nə qədər qəddar düşməndir, Ukrayna hadisələrini izləyən insanlar bunu təsdiq edə bilər. Rusiya Cənubi Qafqazı tərk etmək fikrində deyil və bu baş versə belə, müvəqqəti olacaq”, – o bildirib.