Mən kitaba və kitabxanaya qarşı deyiləm, amma dövran dəyişir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
“Əksəriyyətimiz bu gün internetlə və digər məsələlərlə məşğuluq. Bu məsələdə yeni yanaşmalar var. Reallıqları nəzərə almaq lazımdır. Mədəniyyət evləri ilə bağlı nazirlikdən verilən məlumatlar var. Bu məsələni II, III plana qoymuşuq. Bunlara baxmalıyıq”, – Baş nazir qeyd edib.