Münasibətlərin normallaşması üçün Ukrayna ərazilərinin Rusiyaya verilməsini deməmişəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi, məşhur strateq Henri Kissincer deyib.
“Mən heç vaxt bu haqda danışmamışam. Dedim ki, atəşkəs üçün ən yaxşı ayırıcı xətt əvvəldən mövcud olan mövqedir”, – Kissincer bildirib.
Kissincerin sözlərinə görə, tərəflər arasında real atəşkəs əldə olunmazdan əvvəl Rusiya müharibədən əvvəl Kiyevə məxsus olan ərazinin 15%-ni Ukraynaya qaytarmalıdır.
Bununla yanaşı, diplomat Krım və Donbası mübahisəli ərazi adlandırıb.
Qeyd edək ki, bir neçə ay öncə Henri Kissincer Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi təklifini irəli sürmüşdü.