Rusiya və Ukrayna sülh danışıqlarına 2023-cü ilin sonuna kimi başlaya bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
“İndi Çin sülh təşəbbüsü ilə çıxış etdiyinə görə hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesinin başlanmasından danışacağıq”, – o bildirib.
Kissincerin fikrincə, indi Ukrayna böhranı dönüş nöqtəsinə yaxınlaşa bilər.