Rusiya Prezidenti Vladimir Putin Henri Kissincerin vəfatı ilə bağlı ABŞ-a başsağlığı teleqramı göndərib. Əlbəttə ki, teleqram prezident və ya dövlət katibinə deyil, xanım Kissincerə ünvanlanıb. O, Kissinceri görkəmli diplomat və müdrik dövlət xadimi adlandırıb. Kissincer Putinin intellektual dostu idi. Onlar arasında onlarla görüş keçirilib və saatlarla həmsöhbət olublar.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Putinin zəmanəmizin görkəmli siyasətçisi olması daha çox Kissincerlə bağlıdır. O, Putinə nələri çatdırıb?
1. Müdriklik çatdırmadı, əlbəttə, müdirkliyi çatdırmaq olmaz. Həm də bu, zatən Putinin özündə var.
2. Onun Putinə ötürdüyü təcrübə də deyildi, təcrübəni – yalnız bir qismini – ancaq müəllim şagirdə ötürə bilər.
3. Kissincer Putinə özünün və digər böyük siyasətçilərin təcrübəsindən dərs verdi. Faydalıdır. Bəs Putin Kissincerin bu təcrübə dərsindən necə istifadə etdi – özünüz qərar verin”, – o bildirib.