Yaponiya yaxın bir neçə il ərzində öz nüvə silahlarını yarada bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
“Hazırda Çin regionda dominant gücə çevrilməyi gözləyir. Pekin o qədər güclü mövqe tuta bilər ki, Hindistan və Yaponiya bununla hesablaşmalı olar.
Bunlara cavab olaraq Tokio da təxminən 3-7 il ərzində kütləvi qırğın silahı olan nüvəni yarada bilər”, – Kissencer bildirib.