Kissencer: Bu toqquşma dünya üçün fəlakət olar

Kissencer: Bu toqquşma dünya üçün fəlakət olar

Çin və ABŞ arasındakı toqquşma ehtimalı ondan irəli gəlir ki, hər iki xalq özünü müstəsna, unikal və qalib kimi görür.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer deyib.

“Bu ölkələrin indiyədək olmayan bir problemi var: texnologiya. Bu sahə qarşıdurma meydanına çevrilib. Onun təkamülü görünməmiş sürətlə baş verir. İnsan bu gün məqalələr yazan, öz hədəflərini təyin edən, silahlar hazırlayan kompüterlər yaradır. Beləliklə, bu ölkələr arasında müharibə 30 il əvvəl belə təsəvvür edilə bilməyən fəlakətli nəticələrə səbəb olardı. Mən həmişə deyirəm ki, ABŞ və Çinin xüsusi məsuliyyəti var. Birincisi, bir-birləri üçün bu təhlükəni müəyyən edib, əlaqə saxlamaq, ikincisi, bunu xarici siyasətlərinin əsas prinsipinə çevirmək”, – o bildirib.

Teqlər: