Kişinyovda Kirkorovu peşman etdilər

Kişinyovda Kirkorovu peşman etdilər

Kişinyovda polis mərkəzi meydana rusiyalı sənətçilər üçün səhnə avadanlığı daşıyan yük maşınının girişinə icazə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, konsert “Şor” müxalifət partiyasının təşkil etdiyi mitinqdən sonra keçiriləcəkmiş.

“İnsanlar Filip Kirkorov və digərləri – Davı, İvan Dmitriyenkonun konsertinin təşkil edilməsini xahiş etdilər. Ancaq polislər səhnənin qurulmasına imkan vermədilər”, – “Şor” partiyasının sədr müavini Marina Tauber deyib.

Polis isə yük maşınını saxlamağına səbəb kimi onun yoxlanılmasını göstərib. Polisin yoxlaması bir müddət çəkib və tədbir gecikib, təşkilatçılar konserti ləğv etməyə məcbur olublar.

Teqlər: