Kişinyovda irimiqyaslı mitinq başladı

Kişinyovda irimiqyaslı mitinq başladı

Kişinyovda müxalif “Şor” partiyasının irimiqyaslı mitinqi başlayıb.

AzerTimes RİA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları hökumətin istefasını və parlamentə növbədənkənar seçkilər tələb edirlər.

Erirazçılar parlament önündə 18 sentyabrdan oturaq aksiya keçirənlərin çadırları ətrafına toplanıblar. “Rədd olsun Maya Sandu”, “Növbədənkənar seçki”, “İstefa” şüarları səsləndirilib.

Parlament və prezident iqamətgahı önündə polis maneələr quraşdırıb və aksiyaçıların binalara yaxınlaşmasına imkan verilmir.

Aksiyaların əsas səbəbi enerji və qida qiymətlərinin qalxması, yüksək inflyasiya və həyat səviyyəsinin kəskin aşağı düşməsidir.

Teqlər: